Xalq artisti koronavirusa yoluxdu – VƏZİYYƏTİ KRİTİKDİR

# 10:57
26 aprel 2021

Xalq artisti Arif Quliyev koronavirusa (COVID-19) yoluxub.

 

Bu barədə APA TV-yə onun oğlu Rövşən Quliyev məlumat verib.

 

O, atasının iki gün əvvəl “Yeni klinika”ya yerləşdirildiyini deyib: “Hazırda vəziyyəti çox pisdir,  süni tənəffüs aparatına qoşulub. Klinikanın həkimləri sağ olsunlar, atamın səhhəti ilə maraqlansalar da, ona böyük diqqət ayırsalar da, atamın vəziyyəti hələ ki, olduqca kritikdir”.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR