Xankəndiyə gedən xəlvət yoldan yeni video - Ermənilər kor-peşman geri qayıdırlar
Martın 24-də Azərbaycan Müdafiə Nazirliyi Ermənistandan gətirilən texnikalarla Xankəndi-Xəlfəli-Turşsu yolunun şimalından keçən yeni Xankəndi-Kosalar-Mirzələr-Turşsu yolunun çəkilməsi ilə bağlı video paylaşmışdı.
Nazirlik rəsmi şəkildə bəyan etdi ki, atılan addım təxribatdır və qanunsuz fəaliyyətlər nəticəsində baş verə biləcək tələfata görə bütün məsuliyyət rəsmi İrəvanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
Dünən isə sosial şəbəkələrdə həmin texnikaların geri, yəni Ermənistana qayıtması ilə bağlı video paylaşılıb.