XİN: “Ermənistanın Laçın dəhlizindən sui-istifadə halları davam edir”

# 12:49
25 oktyabr 2022

2021-ci ildə Ermənistanda istehsal edilən piyada əleyhinə minaların Azərbaycan ərazisinə ötürülməsi bir daha nümayiş etdirir ki, Üçtərəfli bəyanatın 6-cı bəndinə uyğun olaraq Laçın dəhlizinin yalnız vətəndaşların, malların və nəqliyyat vasitələrinin keçidi üçün nəzərdə tutulmasına baxmayaraq, bu yoldan Ermənistanın qeyri-qanuni hərbi fəaliyyətləri üçün sui-istifadə halları davam edir.

 

APA TV xəbər verir ki, bu barədə Azərbaycan XİN-in yaydığı məlumatda deyilir.

 

"Bu, eyni zamanda, son onilliklər ərzində Ermənistan tərəfindən guya minaların istehsal və ixrac etmədiyi barədə bəyanatların heç bir əsasının olmadığını nümayiş etdirir", - deyə qeyd olunub.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR