Xizək sürmək üçün İsveç, yoxsa Uludağ? - Günümüzü necə unudulmaz edək?
Bu gün dünyada ən populyar səyahət növlərindən biri də idman səyahətləridir. Müxtəlif yarışlara, oyunlara, hətta oyunçunun özünə belə fanatlıq edənlər məsafədən asılı olmayaraq, dünyanın bir ucundan digər ucuna qədər gedirlər.
Araşdırmalara görə, fiziki aktivlik dərəcəsi yüksək olan ilk 3 yerdə ABŞ, Rusiya və Çin dayanır. Daha sonra isə Avropa ölkələrini misal göstərmək olar.
Sağlam həyat tərzinə görə seçilən digər ölkələr isə Skandinaviya ölkələridir.
Məsələn, xizək sürməyi sevənlər İsveçə, avtoidmanı sevənlər isə Finlandiyaya daha çox üz tutarlar.
Turizm eksperti Ceyhun Aşurov da deyir ki, trendlər arasında idman oyunları insanların səyahət məqsədlərinə təsir edən əsas amillərdən biridir. Bu oyunlar isə əsasən, olimpiya oyunları, futbol üzrə dünya çempionatı, Çempionlar Liqası səviyyəsində olan yarışlardır ki, Azərbaycandan da müəyyən fanat kütləsi bu oyunları izləmək üçün müxtəlif ölkələrə gedirlər.
Ekspertin sözlərinə görə, pandemiya dövründən sonra 2022-ci ildə 1.5 milyona yaxın Azərbaycan vətəndaşı xaricə səfər edib. Bu göstərici isə ötən illərlə müqayisədə çox aşağıdır.
“PİN Travel” Turizm Agentliyinin direktoru Lalə Paşayeva isə bildirib ki, ötən ilin oktyabr ayında xeyli azərbaycanlı turist “Nantes” - “Qarabağ” oyununa bilet alıblar.
Lalə Paşayeva qeyd edib ki, daha çox bilet üçün müraciət olunan idman oyunu isə şahmatdır.
Onun sözlərinə görə, böyüklərlə yanaşı, uşaqlar da şahmata xüsusi maraq göstərirlər.
“Pin Travel”in direktoru onu da bildirdi ki, beynəlxalq idman yarışları zamanı, həmçinin mövsümlərlə əlaqədar müxtəlif endirim kampaniyaları da olur. Bu isə səfərləri daha çox insan üçün əlçatan edir.
DİGƏR XƏBƏRLƏR

Zelenskidən qəfil Baxmut səfəri: Hərbçilər bunu gözləmirdi

“Tükənmiş uran sursatları Ukrayna torpaqlarını yox edəcək” - Lavrov

Kiyevə dronlarla hücum: Ölənlər və yaralılar var
