Xocahəsən yaşıllığa bürünür

# 15:36
27 dekabr 2021

Xocasən qəsəbəsində MEDİA, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və media nümayəndələrinin birgə təşkilatçılığı ilə Prezident İlham Əliyevin 60 illik yubileyinə həsr olunan ağacəkmə aksiyası keçirilib.

APA TV-nin məlumatına görə, aksiyada Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, MEDİA-nın İcraçı direktoru Əhməd İsmayılov, tanınmış idmançılar, eyni zamanda media nümayəndələri iştirak ediblər.


Əhməd İsmayılov deyib ki, bu, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə növbəti layihədir. O, MEDİA-nın belə layihələrdə aktiv iştirak edəcəyini söyləyib: ”Bu bizim növbəti birgə layihəmizdir. Ağacəkmə kompaniyası, həm mənəvi cəhətdən, həm də bizim dövlət qurumlarımızın birgə olduğunun təcəssümüdür”.

 

Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev isə qeyd edib ki, ekoloji təbliğatın mühüm formalarından biri ağacəkmədir: “Xocasəndə bu gün ağac əkilən ərazi 75 hektardır. Bir il əvvəl bu ərazi çox pis vəziyyətdə idi. Qısa vaxtda burada Abşeron iqliminə uyğun ağaclar əkildi. Yaxınlıqdakı Xocasən gölündən götürülən su filtrasiyadan keçəndən sonra damcılama-suvarma sistemindən istifadə ediləcək. Burada ağacların bitmə faizi 98-dir”.

Firdovsi Əliyevin sözlərinə görə, bu il azad edilən ərazilərdə 20 mindən çox ting əkilib, 3 tona yaxın müxtəlif cinsli ağacın toxumları səpilib.

Semral Cavad
Ceyhun Mustafayev
APA TV


 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR