Yanan evdən 3 nəfərin meyiti çıxdı: İKİSİ AZYAŞLIDIR

# 12:40
28 oktyabr 2021

Gəncədə dəhşətli yanğın hadisəsi baş verib.

APA TV-nin yerli bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Kəpəz rayonun ərazisi olan Naxalovka adlanan ərazidə qeyd alınıb. 1990-cı il təvəllüdlü Məmmədov Bahəddin Qəşəm oğluna məxsus fərdi yaşayış evində yanğın olması barədə məlumat daxil olub. Dərhal  Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub. Yanğın nəticəsində ümumi sahəsi 160 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanıb.

Yanğının kəşfiyyatı zamanı ev sahibi 1990-cı il təvəllüdlü Məmmədov Bahəddin Qəşəm oğlu, 2007-ci il təvəllüdlü Məmmədov Turqay Bahəddin oğlu və 2012-ci il təvəllüdlü Məmmədova Mələk Bahəddin qızının meyitləri aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib. Onların tüstüdən  boğularaq ölməsi ehtimal olunur.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Hadisənin baş vermə səbəbləri araşdırılır.

 

Fuad Nazimoğlu, Mehdi Məmmədov, APA TV, Gəncə

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR