Yanğın zamanı evdə qalan yataq xəstəsi belə XİLAS EDİLDİ

# 12:23
2 iyul 2022

Lənkəranda fərdi yaşayış evində yanğın olub.

 

FHN-dən APA TV-yə verilən xəbərə görə, dərhal əraziyə Lənkəran Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

 

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının Fazilə Bağırovaya məxsus 1 mərtəbəli evdə baş verdiyi və yanğın başlamış otaqda yataq xəstəsi olan vətəndaşın həyatı üçün təhlükəli vəziyyətin yarandığı müəyyən edilib.

 

Yanğınsöndürənlər yanğına çevik müdaxilə edərək yayılmasına imkan vermədən alovu qısa müddətdə söndürüb və ev sahibinin həyat yoldaşı, yataq xəstəsi olan 1-ci qrup əlil 58 yaşlı Ədalət Bağırovu xilas edərək aidiyyəti üzrə təhvil veriblər.

 

Yanğın zamanı 4 otaqlı evin 1 otağında 1 ədəd xalça qismən yanıb, ev yanğından mühafizə olunub.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR