YAP-da keçirilən auditin nəticələri açıqlandı

# 16:33
12 noyabr 2021

Hesablama Palatası ilk dəfə olaraq Yeni Azərbaycan Partiyasında audit həyata keçirib.

 

APA TV xəbər verir ki, bu barədə APA-ya eksklüziv açıqlamasında Hesablama Palatasının sədri Vüqar Gülməmmədov məlumat verib.

 

Vüqar Gülməmmədov deyib ki, Hesablama Palatası tərəfindən YAP-ın maliyyə hesabatlarının auditi aparılıb:

 

“Ümumiyyətlə, siyasi partiyaların auditinin aparılması beynəlxalq səviyyədə ali audit qurumlarının predmetinə daxildir. Azərbaycanda da ilk dəfə bu sahədə audit aparılıb. Auditin predmeti YAP-ın maliyyə hesabatlarının nə dərəcədə doğru-düzgün tərtib edilməsidir. Audit nəticəsində bəzi gəlir və xərclərdə təhrif olunma göstəriciləri müəyyən olunub. Bununla bağlı Hesablama Palatasının Kollegiyasının müvafiq qərarı qəbul olunub, YAP-a da göndərilib. Qeyd edim ki, gəlir və xərclərin hesablanması, onların əsaslandırılması ilə bağlı Kollegiya qərarında kifayət qədər təklif və tövsiyə var”, - deyə Palata sədri bildirib.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR