YAP Ulu öndərin ad gününü qeyd etdi

# 19:56
6 may 2022

Yeni Azərbaycan Partiyasının Mərkəzi aparatının təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Heydər Əliyev siyasəti: Modern dövlət quruculuğundan böyük zəfərə doğru” mövzusunda konfrans keçirilib. Tədbirdə YAP idarə heyəti, Təftiş Komissiyası, Veteranlar şurası, Gənclər Birliyi Mərkəzi Aparat, Milli Məclisdə partiyanı təmsil edən deputatlar, yerli təşkilatların sədrləri və media nümayəndələri iştirak ediblər.

Çıxışlardan öncə Heydər Əliyevin, eləcə də şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş film nümayiş olundu.

Açılış nitqinə başlayan Yeni Azərbaycan Partiyasının sədrinin müavini, Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Heydər Əliyevin Azərbaycan tarixindəki yerindən danışaraq bildirdi ki,  bu gün ölkəmizin regionun lider ölkəinə çevrilməsi aparılan məqsədyönlü siyasətin nəticəsidir: “İnkaredilməz həqiqətdir ki, müasir Azərbaycan reallığı, eləcə də Azərbaycan tarixinin müstəqillik zirvəzi Heydər Əliyevin adı, siyasəti və fəaliyyəti ilə bağlıdır. O sözün əsl mənasında müstəqil Azərbaycanın qurucusu, Azərbaycan xalqının xilaskarı, dünya azərbaycanlılarının ümummilli lideridir. Heydər Əliyevin zəngin siyasi irqi və əbədiyaşar siyasi ideyaları isə xalqımızın tükənməz mənəvi sərvəti, milli tərəqqi yoludur. Heydər Əliyev siyasəti Azərbaycanı qurtuluşdan tərəqqiyə, tərəqqidən zəfərə aparan yol kimi möhtəşəm nailiyyətlərimizin əsasını təşkil edir. Onun ideyaları və zəngin dövlətçilik irsi əsasında inkişaf yolunda inamla və qətiyyətlə addımlayan müasir Azərbaycan tarixinin ən qüdrətli yolunu yaşayır, ölkəmizin müasir mənzərəsi dünyanın siyasi sistemində yeri və rolu xalqımızda böyük ruh yüksəkliyi gələcəyə böyük inam yaradır.”

 

Daha sonra YAP İdarə heyətinin üzvü, Milli Məclisin deputatı, siyasi elmlər doktoru Hikmət Məmmədov “Xalq-Heydər, Heydər-Xalq – zamanın sınağında formalaşmış vəhdət” mövzusunda çıxış edib. Deputat bildirib ki, Azərbaycan dilinin leksik fondunda Heydər Əliyevi ifadə etmək, onun fəaliyyətini qiymətləndirmək üçün söz yoxdur və bu da Heydər Əliyev böyüklüyüdür: “Heydər Əliyev müxtəlif dövrlərdə Azərbaycanda hakimiyyətdə olub. Onun hakimiyyəti ayrıca bir era təşkil edir. Bu era müxtəlif ideoloji, sosial, hüquqi qatlardan ibarətdir. Amma nə qədər təzadlı olsa da, heç bir halda bu qütblülük, bu fərqlilik Heydər Əliyev siyasətinin Azərbaycan xalqına xidmət etmək qayəsini dəyişməyib. Azərbaycan SSRİ-də rəhbərlik etdiyi dövlərdə də, Heydər Əliyev fəaliyyətinin cazibə mərkəzi Azərbaycan dövlətçiliyi olub. Müstəqillik dövrlərin də onun Heydər Əliyev fəaliyyəti bundan ibarət olub. Ona görə də biz hər iki dövrü müqayisə edərkən bir həqiqətlə üzləşirik. Bütün fərqli ideoloji komponentlərlə, sosial hüquqi komponentlərilə Heydər Əliyev erası tamdır, bütövdür, bu fərqliliklər həmin eranın sadəsə müxtəlif komponentlərini təşkil edir.”

 

“Heydər Əliyev – Elm və təhsil hamisi” mövzusunda çıxış edən Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev bildirib ki, Ümummili lider Heydər Əliyev Azərbaycana rəhbər etdiyi hər dövrdə təhsilə böyük və xüsusi önəm verib. O, hələ SSRİ dövründə Azərbaycanda təhsil müəssisələrinin geniş şəbəkəsinin yaradılması və həmin şəbəkənin zəngin maddi texniki bazasının formalaşdırılması, gənclərin respublika hüdudlarından kənardakı ali məktəblərə göndərilməsi, milli hərbi kadrların yetişdirilməsi, elmi tədqiqat institutlarında  fundamental elmin təmin olunması gələcəkdə milli müstəqillik zəruri intellektual zəmin yaradıb. Rektor xüsusilə vurğulayıb ki, Ulu Öndərin sayəsində ölkədə ixtisaslı mütəxəssislərin yetişdirilməsinə nail olunub. O qeyd edib ki, Heydər Əliyev cəmiyyətin inkişaf zəminini maarifçilikdə, elm və təhsilin inkişafında görürdü və bu sahələrin inkişafına diqqət və qayğısını əsirgəmirdi.

 

Daha sonra YAP Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə “Yeni Azərbaycan Partiyası – Ulu Öndərin siyasi xəttinə sadiqliyin əyani ifadəsi” mövzusunda, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri, YAP təftiş Komissiyasının üzvü Sadiq Qurbanov “Heydər Əliyevin idarəçilik və varislik fəlsəfəsi” mövzusunda çıxışlar etdilər.

 

Fuad Sadıqov

Xəyal İsgəndərov

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR