Yaqub Zurufçunun ölümündən 40 gün ötür

# 16:02
24 oktyabr 2021

Əməkdar artist Yaqub Zurufçunun vəfatından 40 gün ötür.

APA TV xəbər verir ki, bu gün tanınmış müğəninin dəfn olunduğu "Qurd qapısı" qəbiristanlığındakı məzarı ziyarət edilib. Mərasimdə mərhumun ailə üzvləri, sənət yoldaşları və onu sevənlər iştirak ediblər. Ziyarətçilər onun haqqında xatirələrini bölüşüblər.

Qeyd edək ki, Yaqub Zurufçu, 1956-cı il aprelin 8-də Təbriz şəhərində dünyaya göz açıb. O, "Evləri Var Xana-Xana", "De gülüm gəlsin, ay nənə", "Dilbər" mahnıları ilə sevənlərinin ürəyinə yol tapıb.

Yaqub Zurufçu 14 sentyabr 2021-ci ildə koronavirusdan dünyasını dəyişib.

Allah rəhmət etsin.

Qasım Xuluflu

Xəqani Hüseynov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR