Yardım TIR-ları Naxçıvandan yola salındı

# 19:37
8 fevral 2023

Naxçıvandan qardaş Türkiyəyə humanitar yardım göndərilib.

Naxçıvanda yaşayan sakinlərin yardımları nəticəsində 12 TIR-la lazım olan ləvazimatlar yola salınıb.

Qeyd edək ki, Naxçıvan Əlahiddə Ümumqoşun Ordu tərəfindən də qardaş Türkiyəyə humanitar yardım edilib.

Zəlzələdən əziyyət çəkənlər üçün qardaş ölkəyə  510 ədəd müxtəlif ölçüdə çadır, 5000 ədəd corab, 1500 ədəd boyunluq, 1000 ədəd yun köynək, 237 ədəd kişi ayaqqabısı, 200 ədəd istilik lampası, 423 ədəd yataq,  613 ədəd plastik oturacaq göndərilib.

Göndərilən ləvazimatlarla yanaşı, 2 ton quru ərzaq və müxtəlif dərman preparatları da zəlzələdən əziyyət çəkənlər üçün yola düşən TIR-lara yüklənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR