Yasamal rayonunda yanğın baş verib

# 07:09
25 sentyabr 2022

 

Şər vaxtı Paytaxtın Yasamal rayonu Abdulla Şaiq küçəsində əvvəlcə tüstülənmə ilə müşahidə edilən yanğın baş verib. Küləkli hava şəraiti alovu şiddətləndirib. Dərhal əraziyə Fövqəlada Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin iki texnikası və canlı briqadası cəlb olunub.Alov ram edilib. Yanğına səbəb kimi məişət tullantılarının yığıldığı əraziyə kənardan köz düşdüyü deyiilib. Qeyd edək ki, alovun ətrafda yerləşən mənzillər və iaşə obyektinin ərazsinə keçməsinin qarşısı alınıb. Yanğın tam söndürülüb. Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin və FHN-nin əməkdaşları araşdırma aparır.
 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR