“YAŞAT”ın açıqladığı rəqəmlər əslində nədən xəbər verir?

# 19:37
8 dekabr 2021

Bəli, II Qarabağ müharibəsində Azərbaycan ordusunun əsgər və zabitləri hərb tariximizə qızıl hərflərlə şanlı səhifələr yazdılar. Bu səhifələrin yazılmasında canı, qanı torpağa qarışan da oldu, yaralanaraq sağlamlıq imkanlarını itirənlər də. Döyüşmək də borcumuz idi, döyüşənlərə qayğı göstərmək də borcumuzdur.

 

İndi bu əbədilik borcumuzu Prezident İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli fərmanı ilə yaratdığı “YAŞAT” Fondunun timsalında fəxr və qürur hissi ilə yerinə yetiririk.

Bunu hər kəs görür ki, şəhid ailələri və qazilərimizin sosial müdafiəsi dövlət siyasətinin əsas prioritetlərindəndir.

 

Həm dövlət, həm cəmiyyət olaraq yaşamağımız üçün yaşamını itirənlərin ailələrinə, sağlamlığını itirənlərin məişət şəraitinin yaxşılaşdırılması, təhsil, peşə hazırlığı, yaradıcı potensialın inkişafı, müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi, sosial vəziyyətinin yaxşılaşmasına dəstək veririk.

 

Həm çox qürurverici, həm də ağır işdir. Qüruru daha çox ictimaiyyətin payına, ağırlığı isə bir yaşlı “YAŞAT”ın çiyinlərinə düşür.

 

Bu qısa vaxtda fond tərəfindən minlərlə qazimizin problem həll edilib, yüzlərlə igidimiz xarici ölkələrdə müalicəyə göndərilib, 3 minə yaxın şəhid ailəsi birbaşa mənzillərində ziyarət olunub. Xeyirxahlığın, birlik və bərabərliyin təzahürü olan belə addımlardan biri də 2020-ci il oktyabrın 1-də Talış-Suqovuşan istiqamətində qəhrəmancasına şəhidlik zirvəsinə ucalan Nazim Zahirovun ailəsi üçün atılıb. Dövlət tərəfindən mənzillə təmin edilən ailəyə “YAŞAT” Fondu tərəfindən müxtəlif vaxtlarda lazımi maddi yardımlar edilib

 

Şəhid bacısı Aygün Zahirova deyir ki, qardaşım Suqovuşan istiqamətində şəhid oldu: “Biz onu şəhid verdikdən sonra çoxlu dost qazandıq. O cümlədən rəhbərimiz başda olmaqla, “YAŞAT” fondu şəhid və  qazi ailələrinə daima yardım göstərir və  bizi yanlarında hiss etdirirlər”.

 

Şəhidin atası Həmzə Zahirov bildirir ki, onun banka olan borcu sildirilib, sağlamlığı ilə bağlı hara lazımdır göndərilib: “Hara lazımdır həkimlərə yönləndirir bizi, məişət əşyaları ilə  bağlı bizə  köməklik ediblər”.

 

Fondun Türkiyəyə müalicəyə göndərdiyi 150-dən çox qazidən biri də Nicat Əmrəliyevdir. 27 sentyabr 2020-ci ildə Suqovuşan uğrundakı döyüşlərdə düşmən tərəfindən atılan minaatan mərminin partlaması nəticəsində ağır yaralanan Nicat növbəti əməliyyata hazırlaşır. Təbii ki, “YAŞAT” Fondunun hesabına: “10 əməliyyatımın xərcləri  müxtəlif klinikalarda “YAŞAT” fondu tərəfindən ödənilib. Bu ilin iyul ayından isə Türkiyəyə Cumhuriyyətinə göndərilmişəm. Türkiyədə çiyin və çanağın bud çanaq implantla əvəzlənməsi və “YAŞAT” fondu tərəfindən qarşılandı maddi xərcləri. Reabilitasiya olduqdan sonra vətənə qayıtdım. 10-15 gün öncə yenidən Türkiyəyə göndərildim. 1 ay sonra yenə əməliyyat olunacağam və “YAŞAT” Fondu tərəfindən ödəniləcək məbləğ. Bundan başqa, banka 15 min manat olan borcumun 5 min manatını ödədim”.

 

Bəli, bu 1 il ərzində Nicatın timsalında onlarla qazinin və şəhid ailəsinin banka olan borclarını da ödədi “YAŞAT”. Bu proses indi də  davam etdirilir. Azyaşlı olsa da, yaşından böyük layihələrə imza atan “YAŞAT” bunu bacardı. Sübut etdi ki, 1 yaşı olmasına baxmayaraq rahat yaşamağımız üçün bizi yaşadanların ailələrini yaşatmağa doğru iri və sürətli addımlarla irəliləyir.

 

Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyir ki, bu müddət ərzində “YAŞAT” fondu  bu günə qədər 11000 qazi və şəhid ailəsi üzvünün 16000-dən çox problemini həll edib: “Ümumilikdə bu istiqamətdə 50 milyon manatdan çox vəsait xərclənib. Onların böyük əksəriyyəti şəhid ailə üzvlərinin məişət şəraitinin yaxşılaşdırılmasına, qazilərin müalicəsinə, hər birinin təhsil xərclərinə və ən əsası tibbi müalicə xərclərinə. Vətən müharibəsindən sonra 102 şəhid övladı dünyaya gəlib və yaşat fondu olaraq dünyaya gəlmiş şəhid övladının adına bank hesabı açılır və ora 5000 manat depozit əmanət qoyulub. Hər bir şəhid övladı 16 yaşına çatdıqda bu vəsaitdən özünün müəyyən məqsədləri üçün istifadə edə biləcək. Düşünürük ki bu dövrə qədər müəyyən faizlərlə bu məbləğ daha da böyüyəcək və şəhid övladları özlərinin ilkin xərclərini, təhsil haqlarını və digər məsələlərinin həll edə biləcəklər”.

 

“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid də YAŞAT Fondunun 1 il ərzində  həyata keçirdiyi xeyirxah aksiyaları yüksək qiymətləndirir. Onun fikrincə, fondun ictimaiyyətə açıq və şəffaf fəaliyyəti təqdirəlayiqdir: “Yaşat fondunun bu qısa müddətdə gördüyü işlər böyük mərhəmət nümunəsidir. Həm keçirilən xeyriyyə marafonları, həm mənim özümündə dənizkənarı milli parkda iştirak etdiyim zəfər yarmarkası öz fərqliliyi ilə insanları cəlb etmək baxımından maraq doğurur. Şəhid ailələrinə, şəhid övladlarına diqqətin göstərilməsi, onların Şuşaya səfərləri, müxtəlif səfərlərdə iştirakı, onların psixoloji reabilitasiyası elə bilirəm böyük önəm daşıyır. Şübhəsizki şəhid övladlarının, yaralı övladlarının təhsil məsələlərində onlara yardımın göstərilməsi, kredit borclarının ödənilməsi kimi məsələlər çox vacib və önəmli məsələlərdir. Bu baxımnanda bu qlobal işləri, çoxşaxəli fəaliyyətləri bucür şəffaflıqla, mütəşəkkilliklə həyata keçirtmək elə bilirəmki “YAŞAT” fondunun böyük uğurudur. Bu baxımdan növbəti illərdədə elə bilirəmki bucür əzmkar fəaliyyət göstərəcəklər”.

 

"Yeni Müsavat" Media Qrupunun rəhbəri Rauf Arifoğlu hesab edir ki,YAŞAT” fondu post müharibə dövrü üçün həyata keçirilən ən uğurlu layihələrdən biridir: “Azərbaycan Respublikası Prezidenti tərəfindən 8 dekabr 2020-ci ildə imzalanmış ən uğurlu layihədir. Ən vacib, yararlı, faydalı layihədir. Mən “YAŞAT” Fondunun saytını müntəzəm olaraq izləyirəm. Hər şey orda şəfafdır. Bütün istiqamətlər üzrə xərclər görünür. Nə qədər vəsait yığılıb, nə qədər vəsait xərclənib, hansı istiqamətdə neçə nəfərə xərclənib. Azərbaycan müharibədən sonra möcüzlərə göstərir. “YAŞAT” fondu da o möcüzələrdən biridir”.

 

APA MEDİA GROUP” rəhbəri Vüsalə Mahirqızı isə bildirdi ki, belə bir Fondun yaradılması və onun mərkəzləşmiş formada təşkili çox önəmlidir. Həmçinin qeyd etdi ki, şəhid ailələrinə, qazilərə qayğının bariz nümunəsi olan bu fond yarandığı gündən Azərbaycan mediasının və  ictimaiyyətinin diqqət mərkəzindədir: “”YAŞAT” fondu ilk yaranarkən bizimlə görüş olmuşdu. Orada media rəhbərlərinə xeyli təkliflər olmuşdu. Ümumiyyətlə bu fondun fəaliyyəti Azərbaycan ictimaiyyətinin diqqətində idi. Bu fond bizim üçün həssas olan təbəqə ilə-şəhid ailələri və  qazilərimizin sağlamlığı ilə məşğul idilər. Mən çox şadam ki, onun üçün qarşısına qoyulmuş missiyanı yerinə yetirdi. Onların son hesabatları ilə tanış oldum və demək olar ki, Azərbaycanda elə bir şəhid ailəsi yoxdur ki, onunla görüşməsin, problemlərini  dinləməsin və  problemi olanların həlli istiqamətində işlərə başlamasın. Xüsusilə yaralı qazilərimizn xaricdə müalicəsi, onlar üçün həyati əhəmiyyət kəsb edən protezlərlə təminat. Hesab edirəm ki, bundan sonra uzun illər “YAŞAT” fondu fəaliyyətini davam etdirməlidir. Xalqımız o fonda olan ianələrini davam etdirməlidir. Bu əsasa məsələdir. Biz də media olaraq “YAŞAT” fondunun yanında olub, ona informasiya dəstəyi verməliyik. Düşünürəm ki, fond başladığı sistemli iş. Bizim artıq şəhid ailələrini  və  qazilərimzin reysterinin aparılması və  onların problemlərini də reysterinin aparılması işini görür. Onlara fəaliyyətlərində uğur arzu edirəm”.

 

Xatırladaq ki, 2021-ci il dekabrın 2-dək Fonda 64 milyon 773 min 763 manat 77 qəpik vəsait daxil olub. Fond tərəfindən 2 916 şəhidin ailə üzvləri, habelə 4 946 yaralı olmaqla ümumilikdə 16 348 şəxslə  görüşülüb, ehtiyacları qeydə alınıb. 10 781 şəxsin 15 644 müraciəti icra olunub. Fondun fəaliyyət istiqamətləri üzrə 49 milyon  54 min  136 manat 86 qəpik  məbləğində vəsait xərclənib. Qalıq vəsait isə 15 milyon 719 min  626 manat 91  qəpik təşkil edir. Xərclənən vəsaitdən 32 milyon 173 min 789 manat 50 qəpik məişət şəraitinin yaxşılaşdırılması, 445 milyon 228 min 51 manat təhsil, peşə hazırlığı və yaradıcı potensialın inkişafı, 5 milyon 395 min 854 manat 57 qəpik istehlak kreditləri və digər borc öhdəliklərinin qarşılanması,  11 milyon 39 min 264 manat 28 qəpik isə müalicə və psixoloji dəstək xərclərinin ödənilməsinə sərf edilib. Bundan başqa Dənizkənarı Milli Parkda 2021-ci il 29 oktyabr - 9 noyabr tarixlərində keçirilən 12 günlük “Zəfər” Yarmarkasıda toplanan  64 min 558 manat 58 qəpik vəsait qazilərə və şəhid ailələrinə dəstək məqsədi ilə “YAŞAT” Fonduna ianə edilib. Bu rəqəmlər şəffaf şəkildə Fondun rəsmi saytında yerləşdirilir və köçürmələr olduqda mütəmadi olaraq yenilənir.

 

Bütün bu rəqəmlər heç kimə yad gəlməməlidir. Çünki bunlar sadəcə statistika deyil. İçində minlərlə insanın taleyi olan bu rəqəmlər xalqımızın böyüklüyündən, birliyimizin möhtəşəmliyindən və 1 yaşı yeni tamam olan “YAŞAT”ın əzmindən xəbər verir.  

 

Aytən Sakitqızı

APA TV

 

 

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR