Yazı ilə təsvir üstə-üstə düşmədi, ara qarışdı: Ana ataya necə çevrildi?

# 19:57
25 noyabr 2022

Mətndə anası Ramizi zooparka aparır. Təsvirdə Ramizi zooparka aparan isə atasıdır. Uşaqlar üçün nəzərdə tutulmuş kitabda belə səhvə yol verilməsi sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olub. Kitab məsxərə obyektinə çevrilib. Ağlamalı vəziyyətdir…  Həm dövlətin hesabına nəşr olunan kitablarda belə səhvlər yetərincədir, həm də fərdlərin öz vəsaiti hesabına çap etdirdikləri nəşrlərdə. Qurumlar və şəxslər “texniki səhvdir” deyib malalamağa çalışsalar da, nəzarətsizlik daha ciddi problemlər yarada, daha kobud səhvlərə yol verə bilərik. Maraqlıdır, niyə xüsusilə azyaşlılar üçün nəzərdə  tutulan kitabların nəşrinə nəzarət edən qurum yoxdur? Niyə  Elm və  Təhsil nazirliyi bu məsələlərə daha diqqətli və həssas yanaşmır? Qurumun mətbuat katibi  Cəsarət Valehov “bu, Elm və Təhsil nazirliyinin vəsaiti deyil” deməklə kifayətlənir və belə görünür ki, bu qurum nəzarət mexanizmi, başqa qurumlarla birgə bu istiqamətdə səliqə-sahman yaratmaq haqqında heç düşünmür də. Ekspertlər isə düşünür... Deyirlər ki, bu istiqamət mütləq bir quruma tapşırılmalı, nəzarət gücləndirilməlidir.

Şair, publisist, AYB-nin üzvu Qəşəm Nəcəfzadə hesab edir ki, istər müəllif nəşri, istərsə də təhsil nazirliyinə məxsus olan vəsaitlərdə səhv varsa, şagirdlər mənəvi qəzaya uğrayacaqlar.

Naşir Şahbaz Xuduoğlu da düşünür ki, bu məsələdə  məsuliyyəti daha çox nəşriyyatlar daşıyır.

Ümid edək ki, nəhayət müvafiq qurumlar hərəkətə gələcək, lazım olan addımlar atılacaq, azyaşlıların və məktəblərin psixologiyası pozulmayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR