Yeni prospektdə yenidənqurma işləri başladı

# 14:05
15 aprel 2021

Bakının “8 Noyabr” prospektindəki işıq dirəklərinin dəyişdirilməsinə başlanılıb.

 

APA TV xəbər verir ki, prospektin əsasən sərt döngələrində indiyə qədər 50-yə yaxın işıq dirəyi yenisi ilə əvəzlənib və yenidənqurma işlərinin bir həftə ərzində davam edəcəyi gözlənilir.

 

Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Ayaz Hüseynov deyir ki, qurum tərəfindən yenilənmə işləri üçün bütün lazımi hazırlıqlar görülüb: “BŞİH tərəfindən hazırlıq işləri görülüb. Bünövrələrin tikilməsi, eyni zamanda zədələnmiş kabellərin bərpası həyata keçirilib. Hal-hazırda da yeni dirəklərin quraşdırılması həyata keçirilir”. 

 

İşıq dirəklərinin quraşdırılması zamanı 2 montyor bura qalxır və köməkləşərək dirəyi quraşdırır. Çünki dirəklər həddən artıq ağırdır və bunu bir nəfərin daşıması demək olar ki, mümkün deyil.

 

Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyəti, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ilə birgə gələcəkdə baş verə biləcək qəza halları zamanı dirəklər zədələnməsin deyə, prospekt boyunca yerləşən səkilərdə struktur dəyişikliyini etməyi planlaşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR