Yeni “taxıl dəhlizi” yaradılır: Türkiyə Avropanı xilas edir

# 17:56
6 iyun 2022

Avropada yaranmış taxıl qıtlığı təhlükəsinin qarşısının alınması üçün Türkiyə və Rusiya razılığa gəliblər.

APA TV xəbər verir ki, bu barədə Rusiyanın “İzvestiya” qəzeti məlumat verib.

Dərginin məlumatına görə, Moskva Kiyev və Ankara ilə Ukraynanın taxılla dolu olan  gəmilərinin Odessadan çıxması üçün ilkin hərəkət sxeminə razılıq veriblər. Yüklər Türkiyə gəmilərinin müşayiəti ilə neytral sulara aparılacaq, daha sonra yükü Rusiya gəmiləri Boğaza qədər müşayiət edəcək.

 

Məlumata görə, Ukrayna akvatoriyasının razılaşdırılmış hissəsini minalardan təmizləmək və “taxıl dəhlizi” yaratmaq üçün Türkiyə gəmilərin öz sularına buraxılmasına razılıq verib. “Yol xəritəsi”nin iyunun 8-də və ya 9-da Rusiya Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyi rəhbərlərinin Türkiyəyə səfəri zamanı təsdiqlənəcəyi bildirilir.

 

Fuad Sadıqov

APA TV

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR