Yevlaxda ev sahibi evini yandırdı

# 21:50
19 may 2021

Yevlax rayonunda ev yanıb.

 

APA TV-nin Mingəçevir bürosunun məlumatına görə, hadisə rayonun Hacıselli kəndində baş verib. Kənd sakini Hacıbaba Kərimova məxsus 3 otaqlı həyət evi əşyaları ilə birgə yanıb. Hadisə yerinə gələn yanğınsöndürmə briqadaları yanğının qarşısını alıb. Hadisə zamanı xəsarət alan olmayıb.

 

Məlumatlara görə, yanğın ailə münaqişəsi zəminində ev sahibi tərəfindən törədilib. Faktla bağlı araşdırma aparılır.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR