Yolu təmizləyən iki qadını maşın vurdu

# 13:58
11 noyabr 2021

Yevlax şəhərində yolu təmizləyən iki qadını maşın vurub.

 

APA TV-nin Mingəçevir bürosunun məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində baş verib.

 

Yol təmizliyi ilə məşğul olan təsərrüfat işçiləri, 1975-ci il təvəllüdlü Rəsulova Şəlalə Salman qızı və 1974-cü il təvəllüdlü Əzizova Hicran Yedigar qızını Namiq Həmidovun idarə etdiyi “QAZ 24” markalı avtomobil vuraraq müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

 

Hər iki şəxs xəstəxanaya yerləşdirilib. Xəsarət alanlardan birinin durumu ciddi olaraq dəyərləndirilir.

 

Faktla bağlı araşdırma aparılır.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR