Yük maşınını sel apardı, arpa və yonca sahələri suyun altında qaldı

# 17:54
10 iyun 2021

Güclü yağış Göygöl rayonunda bir sıra fəsadlara səbəb olub.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, Gəncəçayın Göygöl rayonu ərazisindən keçən hissəsində, yağan güclü yağışın təsirindən sonra sel yaranıb.

 

Rayon sakini 62 yaşlı İlham Hüseynov daş yığmaq məqsədilə maşını çayın məcrasına salıb. Lakin çaydan keçən güclü su axını nəqliyyat vasitəsini ərazidən bir neçə metr sürükləyərək aparıb.

 

Güclü yağış səbəbindən Kürəkçayda da suyun səviyyəsi qalxıb. Nəticədə çayın sahilində yerləşən Goranboy rayonunun Qazançı, Goranlı və Kürəkçay qəsəbəsini su basıb.

 

Sel suları rayonun sözügedən kəndlərində əkin sahələrinə və təsərrüfatlara ziyan vurub. Kənd yollarında avtomobillərin hərəkətində problemlər yaranıb.

 

Sel suları nəticəsində Goranlı kənd sakinlərinə məxsus biçilməmiş arpa və yonca sahələri də yararsız hala düşüb.

 

Gorançaydan gələn sel suları qəsəbədə yerləşən evlərə, ictimai iaşə obyektlərinə, avtomobil təmiri sexlərinə dolub.

 

Goranboy rayon İcra Hakimiyyətin başçısı Məhərrəm Quliyev fəsadların baş verdiyi ünvana gəlib. İcra başçısı selin vurduğu ziyanın aradan qaldırılması üçün aidiyyəti qurumlara göstəriş verib.

 

Fuad Nazimoğlu,

Mehdi Məmmədov,

APA TV Goranboy

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR