Yüksək rütbəli polis faciəvi şəkildə öldü

# 13:12
27 dekabr 2022

Dekabrın 25-də İsmayıllı rayonu, Qurbanəfəndi kəndi ərazisində baş vermiş ağır qəzada xəsarət alan sürücü Qabil İsmayılov xəstəxanada vəfat edib.

 

Lent.az xəbər verir ki,  “Honda” markalı avtomobillə toqquşan “BMW”ni idarə edən Qabil İsmayılov polis polkovnik-leytenantı olub. O, daxili işlər orqanlarında bir sıra yüksək vəzifələrdə çalışıb.

 

Hadisə nəticəsində “Honda” markalı avtomobildə ölən sərnişin, 2002-ci il təvəllüdlü Nurlan Nağıyev isə Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbəsi olub.

 

Hadisə zamanı xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

 

Hazırda faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR