Yunanıstan hərbçiləri göyərtəsində azərbaycanlılar olan gəmiyə atəş açıb
Yunanıstan hərbçiləri Bozcaada yaxınlığında türk gəmisinə atəş açıb. APA-nın "Haber Global"a istinadla xəbərinə görə, bu barədə Türkiyənin Sahil Mühafizə Xidməti məlumat yayıb. Məlumatda bildirilir ki, Bozcaadanın 11 mil cənubunda “Anatolian” adlı rolker tipli gəmiyə Yunanıstan tərəfindən atəş açılıb. Türkiyənin Sahil Mühafizə Xidməti hadisə yerinə gələnədək Yunanıstan heyəti tələsik ərazini tərk edib. Gəminin göyərtəsindəki 18 nəfərlik heyətin beşi Azərbaycan, üçü Türkiyə vətəndaşı olub. Gəmi heyətindən heç kim xəsarət almayıb. Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR

Tək yaşayan yeniyetmə hazırlıq müəllimi axtardı, ona kimlər dəstək oldu? – APA TV

Hələ məktəbdə oxuyur, “Ağıllı aptek” düzəldib

Gözəllik salonunda “patı” və saxta dollarlar tapıldı
