Zakir Həsənov Gürcüstanlı həmkarı ilə görüşdü

# 16:57
22 dekabr 2021

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Gürcüstanın Müdafiə naziri Cuanşer Burçuladzenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

 

Müdafiə Nazirliyindən APA TV-yə verilən məlumata görə, görüşdən əvvəl Müdafiə Nazirliyində rəsmi qarşılanma mərasimi keçirilib.

 

Zakir Həsənov birgə əməkdaşlığımızın yüksək səviyyədə olduğunu qeyd edərək, bunun ölkələrimizin inkişafı ilə yanaşı bütün regionda təhlükəsizliyin təmin edilməsində də mühüm rol oynadığını xüsusi vurğulayıb.

 

Azərbaycana səfər etməsindən məmnunluğunu ifadə edən Cuanşer Burçuladze bunun ölkələrimiz arasında əlaqələrin yüksək səviyyəsinin bariz nümunəsi olduğunu qeyd edərək əməkdaşlığımızın genişləndirilməsi baxımından bu cür görüşlərin zəruriliyini xüsusi vurğulayıb.

 

Gürcüstanın Müdafiə naziri Vətən müharibəsində qazanılan Qələbə və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi münasibətilə Azərbaycan xalqını təbrik edib.

 

Görüşün sonunda "Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Gürcüstan Müdafiə Nazirliyi arasında 2022-ci il üçün ikitərəfli əməkdaşlıq planı" imzalanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR