Zaqatalada avtomobil 5 yaşlı uşağı vurdu

# 14:57
13 aprel 2022

Zaqatalada 5 yaşlı uşağı avtomobil vurub.

 

APA TV-nin məlumatına görə, hadisə rayonun Dağlı kəndində baş verib. Kənd sakini, 2017-ci il təvəllüdlü Tunar Surac oğlu Bayramov "Changan" markalı minik avtomobili tərəfindən vurulub.

 

Müxtəlif dərəcəli bədən xəsarətləri alan 5 yaşlı Tunar Bayramov Zaqatala Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

 

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR