Zaqatalada itən turistin qardaşının başına İŞ GƏLDİ: əməliyyat oluna bilər...
Zaqatalada itkin düşən hindistanlı turistin qardaşının başına iş gəlib.
APA TV Lent.az-a istinadən xəbər verir ki, itkin düşən turistin Zaqatalada olan qardaşı Dharan Kondaveetinin səhhətində problem yaranıb. Boğazında irinləmə yaranan Dharan dərhal Zaqatala Diaqnostika Mərkəzinə müraciət edib.
Xəstəni müayinə edən həkim-cərrah İlqar Rəhimov Lent.az-a açıqlamasında bildirib ki, əcnəbi vətəndaşın çənəaltı nahiyəsində “abses” əmələ gəlib: “Xəstə bizə müraciət edən kimi ona ilkin müalicə təyin etdik. Bir neçə günə müsbət nəticə olmasa cərrahi müdaxilə ilə yara açılacaq və ora yığılan irin boşaldılacaq. Xəstənin təhlükəli durumu yoxdur”.
Xatırladaq ki, mayın 17-də Hindistan Respublikasının vətəndaşı, 1993-cü il təvəllüdlü Kondaveeti Manikath adlı şəxsin Zaqatalada itkin düşməsi ilə bağlı polisə müraciət daxil olub. 49 gün keçməsinə baxmayaraq turisti tapmaq hələlik mümkün olmayıb.
DİGƏR XƏBƏRLƏR

Benzin və dizellə işləyən avtomobillərin satışı dayandırılır - Yeni qanun

Prezident: Minlərlə insan artıq bu ilin sonuna qədər Laçın şəhərində yaşayacaq

Tikintisinə rəy verilmədi, amma pul verildi - Məşhur keçidi kim tikmişdi, kim sökür?
