Zaqatalada karantin rejimi ilə bağlı reyd keçirilib

# 12:46
3 fevral 2022

Zaqatalada polis əməkdaşları tərəfindən karantin rejimi ilə əlaqədar rayon ərazisində gücləndirilmiş nəzarət-profilaktik tədbirlər həyata keçirilib.

APA  TV-nin məlumata görə, keçirilən yoxlamalar zamanı iri marketlərdə, eləcə də digər qapalı obyektlərdə bəzi alıcı və satıcıların tibbi maskadan istifadə etmədikləri aşkarlanıb. Onlarla maarifləndirici söhbətlər aparılıb və barələrində inzibati tənbeh tədbirləri görülüb. Sanitar-gigiyenik normaların pozulmasına şərait yaradan sahibkarlara ciddi xəbərdarlıq edilib.

Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən isə ictimai nəqliyyatda tibbi maskadan istifadə etməyən sərnişin və sürücülər müəyyən olunub. Ümumilikdə keçirilən reydlər zamanı karantin rejiminin qaydalarına riayət etməyən 18 nəfər inzibati məsuliyyətə cəlb olunub.
 

Vüqar Heydərov

Əhməd Fərruxoğlu 

APA TV

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR