Zaqatalada mağazada telefon partladı - ANBAAN GÖRÜNTÜLƏR

# 13:12
8 fevral 2023

Zaqatalada telefon mağazasında partlayış olub.

Bu barədə Lent.az məlumat yayıb.

Məlumata görə, hadisə şəhər ərazisində yerləşən telefon satışı və təmiri mağazalarından birində qeydə alınıb.

Mağazaya təmirə gətirilən “Redmi” markalı telefon qəfil partlayıb.

Məlumata görə, təmirə gətirilən telefon şişmiş vəziyyətdə olub. Onun batareyası çox enerjidə qaldığı üçün şişib və nəticədə partlayış baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR