Zaqatalada tövlə yandı: İçində görün nə varmış
Zaqatalada tövlə yanıb.
APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə rayonun Aşağı Tala kənd inzibati ərazisində Natella Lətifovaya məxsus, ümumi sahəsi 72 kvadratmetr olan tövlədə baş verib. Yanğın nəticəsində tövlənin yanar konstruksiyaları və içərisinə yığılmış 10 ton quru ot kütləsi yanıb.
Yanğının söndürülməsi üçün əraziyə Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyətləri cəlb edilib. Yanğın zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR

Xalq artistinin oğlu mağazadan oğurluq edib? - ANBAAN VİDEO

ANAMA Qarabağda fəaliyyət göstərən minaaxtaran itlərin sayını artırır

Ödünə görə xəstəxanaya gəldi, müayinədən çıxıb özünü binadan atdı - TƏFƏRRÜATLAR
