Zaur Əliyev göstərilən tibbi xidmətlərin sayını açıqladı
"2021-ci ildə 8500-dən çox insana 120 mindən çox tibbi xidmət göstərilib".
APA TV-nin xəbərinə görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev “Qazilərin Gücləndirilməsi Layihəsi”nin bağlanış mərasimində deyib.
O bildirib ki, bu, fəaliyyət 2022-ci ildə də davam etdirilir.
Qeyd edək ki, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi, Sosial Xidmətlər Agentliyi, Türkiyə Respublikasının İctimai İnkişaf Mərkəzinin Təhsil və Sosial Həmrəylik Dərnəyi, Türkiyə Respublikasının Xarici İşlər Nazirliyi, Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Ankara Universiteti və Ankara Ticarət Palatasının təşəbbüsü və təşkilatçılığı ilə “Qazilərin Gücləndirilməsi Layihəsi”sinin ikinci mərhələsinin bağlanış mərasimi keçirilib.
Tədbirdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev, TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı iştirak edib.
DİGƏR XƏBƏRLƏR

Mədət Quliyev: Azərbaycan İsraillə birlikdə PUA istehsal edir

Azərbaycanın İsraildə səfirliyi açıldı

Müəllimlərə təkrar şans veriləcək - Sertifikasiyaya nə vaxt start veriləcək?
