Zelenski “Avrovizya” yarışının Mariupolda keçiriləcəyinə söz verib
Ukrayna Prezidenti Vladimir Zelenski “Avrovizya” mahnı müsabiqəsinin Mariupolda keçirilməsi üçün hər şeyi edəcəyinə söz verib.
APA xəbər verir ki, bu barədə “Lenta.ru” saytı məlumat yayıb.
Zelenski bir gün əvvəl keçirilən müsabiqədə Kaluş Orkestrini qələbə münasibətilə təbrik edib.
“Biz hər şeyi edəcəyik ki, Mariupolu şəhəri “Avrovizya”nın iştirakçılarını və qonaqlarını qəbul etsin. Azad, dinc, yenidən qurulmuş şəkildə”, - deyə Zelenski bildirib.
Qeyd edək ki, ötən gün Ukraynanın “Kaluş Orkestri” qrupu 631 balla “Avrovizya 2022” mahnı müsabiqəsinin qalibi olub.
DİGƏR XƏBƏRLƏR

Prezident Ümumdünya Şəhər Forumunun 11-ci sessiyasında videoformatda çıxış edib

Azərbaycanda hamilə qəfil ÖLDÜ: Doğuşa saatlar qalmışdı

Zaqatalada əməliyyat: HƏYƏTİNDƏ NARKOTİK BECƏRƏN ŞƏXS SAXLANILDI
