Zelenski Ukraynanın NATO-ya daxil olması məsələsinə marağını itirdiyini bildirib
Ukrayna prezidenti Volodimir Zelenski ölkənin NATO-ya daxil olması məsələsinə marağını itirdiyini deyib.
APA TV bildirir ki, o, bu barədə Amerikanın ABC telekanalına müsahibəsində söyləyib.
“Mən NATO-nun Ukraynanı qəbul etməyə hazır olmadığını başa düşdükdən sonra bu məsələdə soyudum”, - deyə Zelenski bildirib
Həmin müsahibədə o, Krımın Rusiyanın bir hissəsi, "DXR" və "LXR"-in isə müstəqil respublika kimi tanınması məsələlərini müzakirə etməyə hazır olduğunu bildirib.
V. Zelenski NATO-nun Rusiya ilə qarşıdurmadan çəkindiyini də qeyd edib.
DİGƏR XƏBƏRLƏR

Rusiyanın Belarusda nüvə silahı yerləşdirmək planına təsir etmək mümkündürmü?

Bayram günlərində 121 nəfər zəhərləndi, iki nəfər öldü

İsrailin ən böyük aeroportundan uçuşlar dayandırıldı
