“Zəngəzur dəhlizi Çindən Avropaya qədər bütün ölkələrin marağındadır” - Tahir Budaqov – APA TV

# 16:15
3 noyabr 2022

“Azərbaycan Zəfəri quruculuq müstəvisində möhkəmləndirmək üçün addımlar atır, post-konflikt quruculuq modeli yaradır”.

 

APA TV-nin xəbərinə görə, bunu Yeni Azərbaycan Partiyası və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təşkilatçılığı ilə ”Prezident İlham Əliyevin rəhbərliyi ilə post-konflikt quruculuğu modeli” mövzusunda Qələbənin ikinci ildönümü - Zəfər Gününə həsr olunmuş konfransda YAP sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib.

 

Tahir Budaqov bildirib ki, Azərbaycan Cənubi Qafqazda yeni nizam, konfiqurasiya formalaşdırır: “21-ci əsrin müharibəsini aparmış və bu sahədə təcrübəsi öyrənilən Azərbaycanın post-konflikt təcrübəsinin də dünyada öyrəniləcəyinə şübhə yoxdur”.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR