Zığ şosesində DƏHŞƏTLİ QƏZA: Ölənlər var
Fövqəladə Hallar Nazirliyi (FHN) Zığ şosesində olan yol qəzası barədə məlumat yayıb. FHN-dən APA TV-yə verilən məlumata görə, "112" qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonunda yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “BMW” və “Chevrolet” markalı iki minik avtomobili toqquşub, 2 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb. Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində zədələnmiş avtomobildən 1 nəfər sağ, digər 1 nəfərin meyiti çıxararaq aidiyyəti üzrə təhvil verilib. Həkimlərin bütün səylərinə baxmayaraq xəsarət alan bir nəfər də vəfat edib.
DİGƏR XƏBƏRLƏR

Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum - ölən var

Günün məzənnəsi - 27.01.2023

Xizək sürmək üçün İsveç, yoxsa Uludağ? - Günümüzü necə unudulmaz edək?
