Zooparka girən tülkü görün nə qədər ziyan vurdu

# 11:51
5 may 2022

Vaşinqton zooparkında baş verən hadisə təbiətsevənləri kədərləndirib.

 

APA TV Lent.az-a istinadə xəbər verir ki, gecə zooparkdakı qəfəsə girməyi bacaran tülkü 25 qırmızı qızılqazı məhv edib.

 

Hadisənin üstü səhər işçilər volyerləri yoxlayarkən üzə çıxıb. Məlum olub ki, 75 quşun 25-ni boğan tülkü volyerdən çıxa bilib. Qaçan tülkünü tutmaq mümkün olmayıb.

 

Zoopark rəhbəri bildirib ki, onların istifadə etdiyi müdafiə çəpərləri standartdır və ölkənin bütün zooparklarında istifadə edilir. İndiyədək  heç bir ştatda belə bir hal qeydə alınmayıb.  

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR