2050-ci ilə kimi dövlətlər qida təhlükəsizliyilə bağlı ciddi problemlərlə üzləşəcək

2050-ci ilə kimi dövlətlər qida təhlükəsizliyilə bağlı ciddi problemlərlə üzləşəcək
# 06 may 2022 13:23 (UTC +04:00)

"Məhdud resurslarla qida təhlükəsizliyinin təmini üçün fermerlərə rəqəmsal xidmətlər ödənişsiz olmalıdır".

"APA-Economics" xəbər verir ki, bunu Bakıda keçirilən “Gələcəyə baxış: rəqəmsal kənd təsərrüfatına keçid” adlı konfransda İsrailin Kənd Təsərrüfatı Nazirliyi nəzdində Xarici Ticarət və Beynəlxalq Əməkdaşlıq Mərkəzinin rəhbəri Yakov Poleq deyib.

O bildirib ki, 2050-ci ilə kimi dövlətlər qida təhlükəsizliyi ilə bağlı ciddi problemlərlə üzləşəcək. Bu problemlərin qarşısını almaq üçün fermerlərin fəaliyyəti effektiv olmalıdır. Lazımi qərarlar üçün fermerlərin dəqiq və etibarlı informasiyaya ehtiyacı yaranır. Ona görə də qida səmərəliliyinin təmini üçün real vaxt rejimində fermerlərin bu məlumatlara əlçatanlığı təmin edilməlidir. Dövlət bu sahədə vizyona sahib olmalı, fermerlər informasiya texnologiyalarının iqtisadi səmərəliliyini görməlidir.

Yakov Poleq məhdud resurslarla kənd təsərrüfatının inkişaf etdirilməsinə nümunə olaraq İsrail təcrübəsini qeyd edib: "İsrail kimi bir hissəsi yarımsəhra olan, iqlim şəraiti əlverişli olmayan ölkədə kənd təsərrüfatının inkişafı üçün ağıllı idarəetmə önəmlidir. Eyni zamanda, fermerlərin "big data"ya, lazımı məlumatlara əlçatanlığı təmin edilməlidir və biz bunu edirik. İsraildə yağış sularından, gübrələrdən istifadə, meteroloji məlumatlardan istifadə və digər məsələlərlə bağlı məsləhət xidmətləri fermerlər üçün ödənişsizdir. Kənd təsərrüfatı ilə əlaqəli dataları təhlil edən mərkəzlər fermerlərə üzləşdiyi çətinliklərin aradan qaldırılmasına yardım edir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR