4SİM-in Müşahidə Şurasının iclası keçirilib

4SİM-in Müşahidə Şurasının iclası keçirilib
# 28 dekabr 2022 17:09 (UTC +04:00)

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) publik hüquqi şəxsin Müşahidə Şurasının iclası keçirilib.

APA-Economics” nazirliyin yaydığı məlumata istinadən xəbər verir ki, müşahidə Şurasının sədri, iqtisadiyyat naziri Mikayıl Cabbarovun sədrliyi ilə keçirilən iclasda 2021-2022-ci illər ərzində 4SİM-in idarə olunması sahəsində həyata keçirilmiş tədbirlər barədə məlumat verilib, 2023-cü il üçün qarşıya qoyulmuş prioritet inkişaf istiqamətləri ilə bağlı müzakirələr aparılıb.

İclasda 2022-ci il üçün gəlir və xərclər smetası və digər məsələlərlə bağlı müvafiq qərarlar qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR