"Aqrolizinq" kənd təsərrüfatı texnikasının alınmasına 21,5 mln. manat xərcləyəcək

"Aqrolizinq" kənd təsərrüfatı texnikasının alınmasına 21,5 mln. manat xərcləyəcək
# 25 aprel 2020 10:12 (UTC +04:00)

"Aqrolizinq" ASC kənd təsərrüfatı texnikasının satınalınmasına dair keçirilən tenderin qalibini müəyyənləşdirib.

"APA-Economics"in "Elektron satınalma" portalına istinadən verdiyi məlumata görə, tenderin qalibi “Azfert” MMC seçilib. Bu şirkətlə ümumi dəyəri 21,5 mln. manatdan artıq təşkil edən müqavilə imzalanıb.

Müqaviləyə əsasən şirkət “Aqrolizinq”ə 50 ədəd taxılyığan kombayn xırdalayıcı ilə və dağlıq ərazilərdə istifadə edilməsi üçün mexanizmi olan 25 ədəd taxılyığan kombayn tədarük edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR