Azərbaycan Belarusdan kərə yağı idxal edən ölkələr arasında üçüncü olub

Azərbaycan Belarusdan kərə yağı idxal edən ölkələr arasında üçüncü olub
  • Clock-gray 12:45
  • calendar-gray 19 May 2020

Azərbaycan Belarusdan kərə yağı idxal edən ölkələr arasında üçüncü olub.

APA-Economics”in Belarus Milli Statistika Komitəsinə istinadən verdiyi məlumata görə,

cari ilin mart ayının nəticələrinə əsasən, bu məhsulun idxalında Azərbaycan bazarının payı 327 ton təşkil edib.

Belarusdan kərə yağı məhsullarının idxalı üzrə lider Rusiya olub. Bu ölkəyə Belarusdan qeyd olunan məhsul ixracının payı 92,8% təşkil edib. Mart ayında Rusiya Federasiyasına tədarük 7,6 min ton təşkil edib. Üç ay ərzində isə bu ölkəyə ixrac 26,8% artaraq 15,5 min tona çatıb. Dəyər baxımından artım 23% təşkil edib (78,4 mln. ABŞ dolları).

İkinci böyük bazar Ukrayna olub ki, bu ölkə Belarusdan 458 ton məhsul ixrac edib. Üçüncü yerdə Azərbaycan (327 ton), dördüncü yerdə isə Serbiya (220 ton) qərarlaşıb.

Mart ayında kərə yağı ixracatı 8 min ton təşkil edib ki, bu da fevral ayı ilə müqayisədə iki dəfə çoxdur. Ümumilikdə, rüb ərzində tədarük 0,6% azalaraq 16,7 min tona çatıb. Dəyər baxımından isə azalma 1,7% təşkil edərək 84,56 mln. dollar olub.

Hüseyn Vəliyev

Digər xəbərlər