Azərbaycan Gürcüstandan iribuynuzlu mal-qara alışını azaldıb

Azərbaycan Gürcüstandan iribuynuzlu mal-qara alışını azaldıb
# 24 iyun 2020 10:10 (UTC +04:00)

Bu ilin yanvar-may ayları ərzində Gürcüstanın Azərbaycana canlı iribuynuzlu mal-qara ixracı illik müqayisədə 870,2 ton və ya 2 dəfə azalaraq 849,2 ton təşkil edib.

Bu barədə APA-nın yerli bürosuna Gürcüstan Milli Statistika İdarəsindən məlumat verilib. Qeyd olunub ki, hesabat dövründə Azərbaycana ixrac edilən məhsulun ümumi dəyəri 1 545,4 min ABŞ dolları təşkil edib ki, bu ötən illə müqayisədə 1 071,5 min dollar və ya 41% azdır.

Qeyd edək ki, 2019-cu ilin ilk beş ayı ərzində isə Gürcüstan Azərbaycana 2 616.9 min dollar dəyərində 1 720,7 ton canlı iribuynuzlu mal-qara ixrac edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR