Azərbaycan İƏT ölkələri arasında kənd təsərrüfatı sahəsində regional şəbəkənin yaradılmasını təklif edib

Azərbaycan İƏT ölkələri arasında kənd təsərrüfatı sahəsində regional şəbəkənin yaradılmasını təklif edib
# 04 dekabr 2019 11:07 (UTC +04:00)

Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələr arasında kənd təsərrüfatı araşdırmaları və innovasiyalar üzrə regional şəbəkənin yaradılması təşəbbüsü ilə çıxış edib.

"APA-Economics"in məlumatına görə, bu təşəbbüslə Bakıda keçirilən İƏT-ə üzv ölkələrin Kənd Təsərrüfatı nazirlərinin 6-cı iclası zamanı Azərbaycanın Kənd Təsərrüfatı naziri İnam Kərimov çıxış edib.

Onun sözlərinə görə, sözügedən şəbəkə bu sahədə mövcud sistemlərin daha da inteqrasiya olmasına və regional səviyyədə dayanıqlı inkişafa imkan yaradacaq.

"İƏT ölkələri kənd təsərrüfatı sahəsinin inkişafı və əməkdaşlığın genişləndirilməsi üçün öz imkanlarını birləşdirməlidir. Bunları əldə etmək üçün də belə bir şəbəkənin yaradılması çox vacibdir", - deyə İ. Kərimov əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR