Azərbaycan Şərqi Avropaya soğan ixracını genişləndirəcək

Azərbaycan Şərqi Avropaya soğan ixracını genişləndirəcək
# 25 dekabr 2019 17:39 (UTC +04:00)

"Bir Pəncərə" İxraca Dəstək Mərkəzi Azərbaycanın soğan ixracatçılarına region bazarlarına ixracın genişləndirilməsinə dair lazımı dəstək verəcək.

"APA-Economics"in əldə etdiyi məlumata görə, dekabrın 24-dən etibarən Türkiyənin soğan ixracatını dayandırması yerli məhsulun ixracının artırılmasına imkan yaradacaq.

Söhbət əsasən Şərqi Avropa ölkələrindən gedir ki, bu ölkələrə ixracda potensial mövcuddur.

Bu istiqamətdə bazar araşdırmaları aparılaraq vəziyyət dəyərləndiriləcək, ixracatçılara satışın təşkili ilə zəruri köməklik göstəriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR