Azərbaycan Volqoqrad taxılının əsas idxalçıları sırasında yer alıb

Azərbaycan Volqoqrad taxılının əsas idxalçıları sırasında yer alıb
# 15 sentyabr 2020 15:21 (UTC +04:00)

Volqoqrad taxılının əsas 3 idxalçısı siyahısında İran, Azərbaycan və Gürcüstan yer alıb.

"APA-Economics"in "KazakhZerno" portalına istinadən verdiyi məlumata görə, regional taxıl ixracatının 80%-i İranın payına düşür ki, bu ölkə böyük fərqlə digərlərini qabaqlayır.

Bu ilin yanvar-avqust aylarında Volqoqraddan İrana 360 min tondan çox, Azərbaycana isə təxminən 46 min ton taxıl göndərilib. Volqoqrad taxılının alınmasında Gürcüstanın payı cəmi 3% (21 min ton) təşkil edib.

Türkiyə və Latviyanın payına birlikdə ixracatın 5,5%-i (təxminən 10 min ton) düşüb. Ümumilikdə, Rusiyanın cənub bölgəsi xarici müştərilərə 450 min ton taxıl və 86 min tondan çox taxıl məhsulu göndərib.

İyul və avqust aylarında yeni buğda xarici bazarlara fəal şəkildə göndərilib – təxminən 112 min ton.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR