Azərbaycan alkoqollu içkilərin ixracını yarıyadək azaldıb

Azərbaycan alkoqollu içkilərin ixracını yarıyadək azaldıb
# 16 yanvar 2021 14:56 (UTC +04:00)

2020-ci ildə Azərbaycandan 12 062,63 min ABŞ dolları dəyərində alkoqollu və alkoqolsuz içkilər və sirkə ixrac olunub.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin göstəriciləri əsasında apardığı hesablamalara görə, ixracın dəyəri 2019-cu ilin göstəricisi ilə müqayisədə 49,1% azalıb.

Ötən il qeyd olunan məhsulların ixracda xüsusi çəkisi 0,09%-ə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 0,65%-ə bərabər olub.

Hesabat dövründə qeyd olunan məhsulların ölkəyə idxalının dəyəri 61 035,37 min dollar təşkil edib ki, bu da 2019-cu ilin göstəricisindən 9,5% azdır. 2020-ci ildə qeyd olunan məhsulların idxalda xüsusi çəkisi 0,57% təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR