Azərbaycan balıq və dəniz məhsullarının idxalını azaldıb, ixracını artırıb

Azərbaycan balıq və dəniz məhsullarının idxalını azaldıb, ixracını artırıb
# 19 noyabr 2020 10:20 (UTC +04:00)

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycana idxal olunan balıq və dəniz məhsullarının dəyəri azalıb.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalarına görə, cari ilin 10 ayında ölkəyə dəyəri 16 412,34 min ABŞ dolları təşkil edən balıqlar və xərçəngkimilər, molyusklar və digər su onurğasızları idxal edilib. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 1 388,32 min dollar və ya 7,8% azdır.

Hesabat dövründə ölkədən ixrac olunan balıq və dəniz məhsullarının dəyəri cəmi 884,45 min dollar təşkil edib ki, bu da illik ifadədə 431,81 min dollar və ya 95,4% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR