Azərbaycan bitki toxumlarını şüalandırmaqla məhsuldarlığı artırmaq niyyətindədir

Azərbaycan bitki toxumlarını şüalandırmaqla məhsuldarlığı artırmaq niyyətindədir
# 13 mart 2020 13:12 (UTC +04:00)

Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) və Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi tərəfindən birgə həyata keçirilən layihəyə əsasən, müxtəlif texniki bitkilərin toxumlarını şüalandırmaqla onların genində modifikasiya aparmaqla davamlılığını artırılır.

"APA-Economics"in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Milli Nüvə Tədqiqatları Mərkəzinin rəhbəri Adil Qəribov deyib.

Onun sözlərinə görə, hazırda bu istiqamətdə ilkin sınaq işləri aparılır.

"Güman edirəm, gələcəkdə sənaye miqyasında bu işlər istifadəyə verilən sterilizasiya qurğusunda aparılacaq. Məsələn, Azərbaycanda taxıl, pambıq və müxtəlif tərəvəz bitkilərinin toxumlarını şüalandırmaqla onların məhsuldarlığın artırmaq olar", - deyə A. Qəribov qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR