Azərbaycan bu il 100 mln. dollara yaxın pambıq ixrac edib

Azərbaycan bu il 100 mln. dollara yaxın pambıq ixrac edib
  • Clock-gray 11:55
  • calendar-gray 21 Oktyabr 2020

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan 99 016,24 min ABŞ dolları dəyərində pambıq ixrac olunub.

Dövlət Gömrük Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, idxalın dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 11,8% azalıb.

Cari ilin doqquz ayında qeyd olunan məhsulların idxalda xüsusi çəkisi 0,94%-a bərabər olub. Hesabat dövründə ölkədən 83 861,26 min dollar dəyərində 63 313,83 ton pambıq lifi ixrac olunub ki, bu da ötən ilin eyni dövrünün göstəricisini müvafiq olaraq dəyər göstəricisi üzrə 3,3% az, həcm göstəricisi üzrə isə 2,5% çoxdur.

Cari ilin yanvar-sentyabr ayları ərzində ölkədən 12 057,43 min dollar dəyərində (azalma 46,5%) 5 880,55 ton (azalma 37,4) iplik pambıq ixrac olunub.

Qeyd edək ki, bu ilin doqquz ayında pambıq idxalının dəyəri 4 514,81 min dollar olub ki, bu da ötən ilin müvafiq göstəricisindən 2,5% azdır. Yanvar-sentyabr ayları üzrə pambığın idxalda xüsusi çəkisi 0,06% təşkil edib.

Hüseyn Vəliyev

Digər xəbərlər