Bu ilin yanvar-may ayları ərzində Gürcüstanın Azərbaycana şərab ixracı illik müqayisədə 14,1 ton və ya 52,4% artaraq 41 tona çatıb.
Bu barədə APA-nın yerli bürosuna Gürcüstan Milli Statistika İdarəsindən (GEOSTAT) bildirilib.
Hesabat dövründə Azərbaycana ixrac edilən məhsulun dəyəri isə illik müqayisədə 65,8% və ya 65,6 min ABŞ dolları artaraq 165,2 min dollara çatıb.
Qeyd edək ki, ötən ilin yanvar-may ayları ərzində Gürcüstan Azərbaycana 99,6 min dollar dəyərində 26,9 ton şərab ixrac edib.