Azərbaycan bu il Rusiyanın Altay diyarından ən çox taxıl idxal edən ölkələrdən olub

Azərbaycan bu il Rusiyanın Altay diyarından ən çox taxıl idxal edən ölkələrdən olub
# 15 aprel 2021 16:30 (UTC +04:00)

Bu ilin I rübündə Azərbaycan Rusiyanın Altay diyarından ən çox taxıl idxal edən ölkələr sırasının ilk üçlüyünə daxil olub.

"APA-Economics" Taxıl Keyfiyyətinin Qiymətləndirilməsi Mərkəzinin Altay şöbəsinin yaydığı məlumata istinadən xəbər verir ki, hesabat dövründə taxıl istehsal edən müəssisələr tərəfindən 28 ölkəyə ümumilikdə 162 min ton taxıl ixrac edilib.

Ən böyük həcmlər Çinə (52 min ton – kətan, buğda və qarabaşaq yarması) tədarük olunub. İxrac üzrə ikinci yerdə Qazaxıstan qərarlaşıb ki, bu ölkəyə 21 min ton buğda və 15 min ton paxlalı daxil olmaqla ümumilikdə 41 min ton taxıl məhsulu göndərilib. İdxalçı ölkələr sırasında tədarükün həcmi 12 min ton təşkil etməklə üçüncü yeri Azərbaycan tutub.

İxracın strukturuna gəldikdə, ən çox tələbat buğdaya (27,6 min ton), kətan toxumu (26 min ton) və qarabaşaq yarmasına (22 min ton) olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR