Azərbaycan buğda idxalını 34% azaldıb

Azərbaycan buğda idxalını 34% azaldıb
# 14 avqust 2020 13:43 (UTC +04:00)

Bu ilin yanvar-iyul aylarında Azərbaycana 94 037,45 min ABŞ dolları dəyərində 434 554,80 ton buğda idxal edilib.

Dövlət Gömrük Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, Azərbaycanın idxal etdiyi buğdanın dəyəri ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 35,5%, həcmi isə 34% azalıb.

Ümumiyyətlə, cari ilin yanvar-iyul aylarında buğdanın yeyinti məhsullarının ümumi ölkə idxalında çəkisi 1,59% təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR