Azərbaycan çay idxalını iki dəfədən çox artırıb

Azərbaycan çay idxalını iki dəfədən çox artırıb
# 20 fevral 2020 11:00 (UTC +04:00)

Bu ilin yanvar ayında Azərbaycan 317,1 min ABŞ dolları dəyərində 46,8 ton çay ixrac edib ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə 2,1 dəfə azdır.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin dərc etdiyi hesabat əsasında apardığı hesablamalarına görə, hesabat ayında ölkəyə 5 161,1 min dollar dəyərində 1 337,9 ton çay idxal olunub ki, bu da 2019-cu ilin analoji ayı ilə müqayisədə 2,1 dəfə çoxdur.

Ötən ay çayın ticarət dövriyyəsinin dəyərində 4 843,9 min dollarlıq mənfi saldo yaranıb. Bu, 2019-cu ilin yanvar ayı ilə müqayisədə 2,7 dəfə çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR