Azərbaycan çay ixracını azaldıb, idxalı artırıb

Azərbaycan çay ixracını azaldıb, idxalı artırıb
  • Clock-gray 12:00
  • calendar-gray 20 Oktyabr 2020

Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan ümumi dəyəri 6 709,86 min ABŞ dolları dəyərində 980,02 ton çay ixrac edib.

Dövlət Gömrük Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, ötən ilin analoji dövrü ilə müqayisədə cari ilin doqquz ayında Azərbaycandan ixrac edilən çayın dəyəri 2,1%, həcmi isə 7,4% azalıb.

Hesabat dövründə çayın ümumi ixracdakı payı cəmi 0,06%, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 0,52%-ə bərabər olub.

Bununla yanaşı, hesabat dövründə Azərbaycana ümumi dəyəri 42 201,06 min dollar dəyərində 10 336,42 ton çay idxal olunub. Ötən ilin eyni dövrü ilə müqayisədə çay idxalının dəyəri 9,3%, həcmi isə 4,5%-dək artıb.

Hesabat dövründə çayın ümumi idxaldakı payı 0,54% təşkil edib.

Göründüyü kimi, cari ilin doqquz ayında Azərbaycanda çay idxalı ixracı 10 dəfədən çox üstələyib.

Hüseyn Vəliyev

Digər xəbərlər